Cümə axşamı , Dekabr 26 2024
azfa

Molla rejimi azərbaycanlı fəalı 12 gündür qeyri-müəyyən vəziyyətdə həbsdə saxlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəalı 12 gündür qeyri-müəyyən vəziyyətdə həbsdə saxlayır.

Ərdəbildən olan azərbaycanlı fəal Yusif Kari 12 gündür ki, “ictimaiyyətdə çaşqınlıq yaratmaq” ittihamı ilə saxlanılaraq Ərdəbil mərkəzi zindanına aparılıb.

Azərbaycanlı milli fəalın ailəsinə yaxın mənbənin bildirdiyinə görə, Yusif Kari səyyar satıcılıqla məşğul olduğu vaxt hökumət qüvvələri tərəfindən zor tətbiq edilməklə saxlanılıb.

Ərdəbil məhkəməsində “ictimai fikri çaşdırmaq”da ittiham olunan milli fəal 500 milyon tümənlik girov təyin olunmasına baxmayaraq, hələ də Ərdəbil zindanında qərarsız vəziyyətdə saxlanılır və hakim onun azadlığa buraxılmasına razılıq vermir.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …