Molla rejimi azərbaycanlı milli fəal Fərhad Pakruhu cərimə edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Fərhad Pakruhu cərimə edib.

Rejimin Şərqi Azərbaycanda Apellyasiya Məhkəməsinin 2-ci şöbəsi fəalı 10 milyon tümən cərimə edib.

Qeyd edək ki, molla rejimi bundan öncə ilkin məhkəmədə Fərhad Pakruhu 4 ay həbs cəzasına məhkum etmiş və həbsdən sonra 2 il müddətinə ölkədən çıxışına qadağa qoymuşdu.

Molla rejimi fəalı “kiber məkanda video və foto yaymaqla hökumət əleyhinə təbliğat”da ittiham etmişdi.

Fərhad Pakruh daha öncə Azərbaycan Milli Hərəkatının tanınmış simalarından olan mühəndis Qulamrza Əmaninin qətlə yetirilməsinin ildönümü mərasiminə qatıldığı üçün yaxalanmışdı.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …