Molla rejimi azərbaycanlı  vəkil Sina Yusifi məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış təbrizli vəkil Sina Yusifiyə çağırış vərəqəsi göndərərək ittihamları ilə bağlı izahat vermək ümün onu Təbrizdə rejimin  Cinayət Məhkəməsinin 112-ci şöbəsinə çağırıb.

Sosial şəbəkədə məlumat yayan azərbaycanlı vəkil Sina Yusifi bununla bağlı yazıb: “Etiraz aksiyalarının başlanmasının ilk ayında Vəkillər Kollegiyasının fəaliyyəti və həbs edilənlər barədə yaydığım məlumatlara görə mənə hökumətə qarşı təbliğat və yalan məlumalar yaymaq ittihamları irəli sürülüb. Mən bir vəkil olaraq öz vəzifəmi yerinə yetirmişəm”.

Qeyd edək ki, bir müddət öncə Sina Yusifinin 6 ay həbs, iki il ölkədən çıxışına qadağa və şəxsi əşyalarının müsadirə olunması barədə qərar çıxarılıb.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …