Çərşənbə , Oktyabr 21 2026
azfa

Molla rejimi azərbaycanlı əsgəri öldürən terrorçu PJAK-ı təmizə çıxarır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, terrorçu PJAK azərbaycanlı əsgərin qətli xəbərini yayıb, bununla bağlı sevincini elan etsə də, molla rejimi PJAK-ı təmizə çıxarmağa can atır.

Azərbaycanlı əsgərin PJAK terrorçuları tərəfindən qətlə yetirilməsindən üç gün keçdikdən sonra rejimin Qərbi Azərbaycanda yerləşən Sərhəd Mühafizəsi Qüvvələrinin komandiri azərbaycanlı əsgər Əmir Süleymaninin Pejak terror qruplaşması tərəfindən öldürülməsini inkar edib.

General Yəhya Hüseynxani terrorçu kürdləri təmizə çıxarmaq məqsədilə azərbaycanlı əsgərin “döyüş təlimləri və taktiki məşqlər keçirilin zaman şəhid olduğunu” iddia edib.

Halbuki, bundan öncə həm Sepahın telegram kanalı, həm də kürd terror təşkilatlarının informasiya vasitələri Əmir Süleymaninin PJAK tərəfindən öldürüldüyünü yazmışdıar.

Kürd terrorçular aprelin 23-də Urmiyanın Sero məntəqəsində Əmir Süleymani adlı Urmiya sakini olan azərbaycanlı əsgəri atəş açaraq öldürmüşlər. Lakin irqçi fars-molla rejiminin informasiya vasitələri terrorçu kürdlərin tərəfini saxladığı üçün xəbər əks etdirməkdən çəkinmişlər.

Həmçinin yoxlayın

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Urmiya gölündə suyun həcmi artsa da, ekoloji böhran davam edir

GADTB: Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru bildirib ki, Urmiya gölündə suyun …

Bir cavab yazın