Cümə , Dekabr 27 2024
azfa

Molla rejimi azərbaycanlı bacı və qardaşı həbs, şallaq və nağd pul cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı bacı və qardaş Səmanə və Mehdi Dadgeri həbs, şallaq və nağd pul cəzasına məhkum edib.

Səmanə Dadger rejimin Əbhərdəki İnqilab Məhkəməsində “ölkənin təhlükəsizliyinə zidd hərəkət etmək üçün toplaşmaq və əlbir olmaq” ittihamı ilə 5 il şərti həbs cəzasına məhkum edilib. Abhardə rejimin Cinayət Məhkəməsində keçirilən ikinci işdə isə, Səmanə barəsində oxunan hökmə əsasən, xanım 4 ay həbs əvəzinə 74 şallaq zərbəsi alacaq və 3 milyon tümən məbləğində pul ödəyəcək.

Səmanənin qardaşı Mehdi Dadger isə ümumilikdə 23 ay həbs cəzasına məhkum edilib. Onlardan 15 ayı “İslam Respublikasının qurucusu və liderini təhqir etmək” maddəsi ilə, 8 ayı isə onun “əleyhinə təbliğat aparmaq” maddəsi ilə verilib.

Mehdi “ictimai rəyi təhrik etmək məqsədilə yalan yaymaq” ittihamı ilə də ittiham olunur. Bu iş üzrə məhkəmə iclası hələ ki keçirilməyib.

Qeyd edək ki, azərbaycanlı bacı və qardaş Zəncanın Hidac şəhərinin sakinləridirlər.

Həmçinin yoxlayın

Salmas düzündə torpaq çökməsi təhlükəli həddə çatıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan Regional Su Təsərrüfatı İdarəsinin yeraltı su …

Təyyarı qəzasının araşdırılması üçün Türkiyə mütəxəssisləri cəlb edildi

GADTB: AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra aparılan araşdırmalara Türkiyə ekspertləri də cəlb olunub. Azərbaycan araşdırmaların …