GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Peyman Kərimpuru həbs cəzasına məhkum edib.
Təbrizdə yaşayan azərbaycanlı milli fəal Peyman Kərimpur 4 ay həbs cəzasına məhkum edilib.
Həmçinin azərbaycanlı fəalın 2 il müddətinə ölkədən çıxışına qadağa qoyulub.
Azərbaycanlı fəala qarşı “kiber məkanda foto və video yaymaqla hökumət əleyhinə təbliğat aparmaq” ittihamı irəli sürülüb.
Həmçinin Peyman Kərimpurun şəxsi əşyaları, o cümlədən kompüter və mobil telefonu rejimin məmurları tərəfindən müsadirə edilib.