Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimi azərbaycanlı fəalları məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizdə yaşayan azərbaycanlı milli-mədəni fəallar Davud Şiri, Cavad Əhmədzadə, Əlirza Səbri, Məhəmmədəli Rzayi və Hüseyn Amani rejimin Təbrizdəki Prokurorluğunun 15-ci istintaq şöbəsinə çağırıb.

Rejimin göndərdiyi çağırış vərəqəsində azərbaycanlı fəallardan barəlırində irəli sürülən ittihamlarla bağlı son müdafiələrini etmək üçün beş gün ərzində həmin şöbəyə getmələri tələb olunub.

Rejimin Təbrizdəki Ümumi və İnqilab Prokurorluğunun 15-ci bölməsinin hakimi Seyid Əli Musəvi adıçəkilən fəallara qarşı “hökumət əleyhinə təbliğat” ittihamı irəli sürüb.

Qeyd edək ki, azərbaycanlı fəallar Hüseyn Amani, Əlirza Səbri, Cavad Əhmədzadə və Davud Şiri may ayının 18-də təhlükəsizlik məmurları tərəfindən yaxalanmışdılar.

Azərbaycanlı fəallar bir neçə gün dindirildikdən sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxımışdılar.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …