GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı körpəyə türk adı olan Almila adına görə doğum haqqında şəhadətnamə vermir.
Beş aydan çox vaxt keçsə də, Güney Azərbaycanın Makı şəhərindən olan Almilə adlı körpə hələ də doğum haqqında şəhadətnamə ala bilmir.
Körpənin valideynlərinin dediyinə görə, Almilə dünyaya gəldikdən sonra bütün səylərə baxmayaraq, Makıda İranın Vəətəndaş Vəziyyətlərinin Qeydiyyatı və Ədliyyə Təşkilatı övladlarına “Qızıl alma” mənasını verən bu gözəl türk adını qoymağa imkan vermir.
Körpənin doğum şəhadətnaməsi olmadığı üçün Almilənın valideynləri balaları üçün tibbi xidmətlərdən istifadə edə bilmirlər.
Qeyd edək ki, irqçi fars-molla rejimi Güney Azərbaycanda Azərbaycan Türk Millətini bir millət kimi assimilyasiyaya uğradıb məhv etmək məqsədilə onlara öz övladlarına türk dilində ad qoymağı qadağan edib.