Cümə , Dekabr 27 2024
azfa

Molla rejimi azərbaycanlı milli fəal Cavad Əhmədi Yekanlını yenidən mühakimə edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Cavad Əhmədi Yekanlını yenidən mühakimə edib.

Yanvarın 1-də azərbaycanlı milli fəal Cavad Əhmədi Yekanlının ona qarşı çıxarılan hökmə baxılmasını tələb etməsindən sonra barəsində irəli sürülən ittihamları üzrə İnqilab Məhkəməsinin 1-ci şöbəsində yenidən məhkəmə iclası keçirilib.

Məhkəmə hakimi Məhəmməd Muradi fəala qarşı “hökumət əleyhinə təbliğat və rəhbəri təhqir etmək” ittihamının irəli sürüldüyünü desə də, Cavad Əhmədi Yekanlı bunu rədd edib.

Qeyd edək ki, bir neçə gün öncə rejimin Güney Azərbaycanın Xoy şəhərində yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsi azərbaycanlı milli fəala “hökumətə qarşı təbliğat” ittihamına görə 8 ay, “İran rəhbərini təhqir etmək” ittihamına görə isə 16 ay həbs cəzası vermişdi.

Xoy şəhərindən olan azərbaycanlı milli fəal Cavad Əhmədi Yekanlı oktyabrın 18-də rejimin məmurları tərəfindən həbs edilib və dekabrın 2-də 500 milyon tümən girov qarşılığında məhkəməyə qədər zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Salmas düzündə torpaq çökməsi təhlükəli həddə çatıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan Regional Su Təsərrüfatı İdarəsinin yeraltı su …

Təyyarı qəzasının araşdırılması üçün Türkiyə mütəxəssisləri cəlb edildi

GADTB: AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra aparılan araşdırmalara Türkiyə ekspertləri də cəlb olunub. Azərbaycan araşdırmaların …