Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəal Cavad Əhmədini həbsxanaya köçürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın Xoy şəhərindən olan azərbaycanlı milli fəal Cavad Əhmədi Yekanlını zindana köçürüb.

Azərbaycanlı milli fəalın ailəsinin verdiyi məlumata görə, Cavad Əhmədi noyabrın 26-da ETTELAAT İdarəsinin təcridxanasından zindanın 2-ci bölməsinə köçürülüb.

Zindanın həmin bölməsi narkomanların saxlanıldığı yer olduğu üçün Cavad Əhmədinin ora köçürülməsinin fəala qarşı təzyiq olduğu bildirilir.

Qeyd edək ki, oktyabrın 2-də həbs edilən azərbaycanlı fəal Cavad Əhmədi noyabrın 2-də 3 milyard tümən girov qarşılığında müvəqqəti zaminə buraxıldıqdan sonra, noyabrın 18-də yenidən həbs edilib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …