Bazar ertəsi , Avqust 24 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəal Məhəmməd Eynini prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Rəşt şəhərində yaşayan azərbaycanlı milli-mədəni fəal Məhəmməd Eynini prokurorluğa çağrıb.

Mayın 27-də İran məhkəməsinin elektron sostemi vasitəsilə göndərilən çağırışda azərbaycanı milli fəaldan 5 gün ərzində Rəşt şəhərinidə rejimin Ümumi və İnqilab Prokurorluğunun 16-cı bölməsinə getməsi tələb olunub.

Göndərilən çağırışda azərbaycanlı fəalın “hökumətə qarşı təbliğat”da ittiham olunduğu və prokurorluğa getməkdən imtina etdiyi təqdirdə barəsində əlavə tədbirlər görüləcəyi bildirilib.

Qeyd edək ki, azərbaycanlı fəal bundan öncə 2022-ci il yanvarın 23-də Rəşt şəhərinin ETTELAAT İdarəsinə çağrılıb və yaxalanmışdı.

O uzun müddət ETTELAAT təcridxanasında dindirildikdən sonra mart ayının əvvəllərində Rəşt şəhərinin mərkəzi zindanına köçürülmüşdü.

2 il 7 ay həbs cəzasına məhkum edilən azərbaycanlı milli fəal, cəzasının 8 ayını çəkdikdən sonra 2023-cü il avqustun 14-də məhkumluq dövrünün qalan hissəsini elektron qandalla nəzarətdə keçirmək şərtilə sərbəst buraxılmışdı.

Məhəmməd Eyninin həbs dövrü bitdiyi üçün isə 2023-cü ilin fevral ayının 14-də elektron qandalı açılaraq nəzarətdən buraxılıb.

Məhəmməd Eyni bundan öncə 2020-ci ilin oktyabr ayında İbrahim Gənci və Vədud Əsədi ilə birgə Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda apardığı əməliyyatlara dəstək verdiklərinə görə saxlanılmışdı.

Onlar “ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət” və “sistemə qarşı təbliğat” ittihamı ilə irəli sürülmüşdü. 

Həmçinin yoxlayın

Mir Məhəmmədrza Müvəhhid həbs cəzasının icrası üçün Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

GADTB: Azərbaycanlı fəal Mir Məhəmmədrza Müvəhhid ümumilikdə 6 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının …

Axios: Hörmüz boğazından neft keçidi müharibədən əvvəlki səviyyəyə qayıdıb

GADTB: Axios xəbər verir ki, cümə günü, 30 mordadda axşam saatlarında Hörmüz boğazından 40 gəmi …