GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars molla rejimi dünən azərbaycanlı milli fəal Peyman İbrahimi Dinvəri “hakimiyyət əleyhinə təbliğat aparmaq” və “kiberməkanda iğtişaş yaratmaq” ittihamları ilə bağlı yenidən məhkəməyə çağırıb.
Bununla bağlı azərbaycanlı fəala rejimin məhkəməsi tərəfindən elektron şağırış göndərilib.
Qeyd edək ki, dekabrın 2-də azərbaycanlı milli fəalın dosyesi Təbrizdə rejimin İnqilab Məhkəməsinin 1-ci şöbəsinə göndərilmişdi.
Eyni zamanda azərbaycanlı fəal Peyman İbrahimi “kiberməkanda xaos yaratmaq və rəhbəri (Xameneyi) təhqir etmək” ittihamları ilə dekabrın 13-də elektron formada məhkəməyə çağırış almışdı.