Molla rejimi azərbaycanlı milli fəalları ETTELAAT İdarəsinə çğırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi daha üç azərbaycanlı fəalı ETTELAAT idarəsinə çağırıb.

Molla rejimin ETTELAAT məmurları azərbaycanlı milli-mədəni fəallar Yusif Sələhşur, İbrahim Asimani və Hüseyn Rəxşaniyə telefon edərək onları ETTELAAT idarələrinə çağırıblar.

Qeyd edək ki, son günlər Güney Azərbaycanda çox sayda azərbaycanlı milli-mədəni fəal ETTELAAT İdarəsinə çağrılıb və onlara qarşı təzyiqlər artıb.

Son həftə ərzində azərbaycanlı yazıçı və şairlər  Ruqəyyə Kəbiri və Nigar Xiyavi, sənətçi və bədii qiraətçi Rza Əsbəqi, mədəni fəal Vəhid Əbhəri və s. rejimin ETTELAAT İdarəsinə çağırılıblar.

Həmçinin yoxlayın

Molla rejimi Ukrayna diplomatını İran Xarici İşlər Nazirliyinə çağırdı

GADTB: İran Xarici İşlər Nazirliyi Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini nazirliyə çağırıb. Görüş Ukrayna ordusunun …

Rusiya İrana ABŞ bazalarına hücum üçün peyk görüntüləri verir

GADTB: Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsinin kəşfiyyat xidmətlərinə Rusiyanın İrana göstərdiyi yeni dəstəklə …