Şənbə , Sentyabr 19 2026
azfa

Molla rejimi azərbaycanlı xanım fəalı ETTELAAT İdarəsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı xanım fəalı ETTELAAT İdarəsinə çağırıb.

Azərbaycan Milli Hərəkatının fəallarından Şahin Bərzgərin həyat yoldaşı Asena Şəbani dünən molla rejimi tərəfindən Təbrizdə yerləşən rejimin ETTELAAT  İdarəsinə çağırılıb.

Azərbaycanıə milli fəal bu barədə özünün “İnstagram” hesabında məlumat paylaşaraq bildirib ki, xanımı bundan öncə də sözügedən idarəyə çağırılıb.

Qeyd olunub ki, onun idarəyə çağırılmasına səbəb stadionda Güney Azərbaycanın “Traxtur” və BƏƏ-nin “Şarja” futbol komandaları arasında keçirilən oyunda iştirak etməsi olub.

Bu səhər ETTELAAT qüvvələri bir daha onun mobil telefonuna və bacısının mobil telefonuna, eləcə də atamın evinə zəng edərək, Asenanın çərşənbə günü ETTELAAT İdarəsində olmasını tələb etdilər. Səbəb milli mərasimlərə çağırılması və Azərbaycan Milli Hərəkatının azadlığa çıxmış siyasi məhbusları ilə görüşdür.

Asena Şəbani bu çağırışı qanunsuz hesab edib və ETTELAAT İdarəsinə getməyəcəyini bildirib.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …