Türk cümhuriyyəti Başqırdıstanda minlərlə insan etiraza qalxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiyanın tərkibində olan türk cümhuriyyəti Başqırdıstanda milli mənsubiyyətə görə nifrət salmaqda təqsirli bilərək, 4 il müddətinə azadlıqdan məhrum edilən yerli fəal Fail Alçinovun tərəfdarları etiraz aksiyası keçiriblər. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, qərarın elan olunduğu Baymak Rayon Məhkəməsinin qarşısına toplaşan təxminən 3 min insan Alçinovun azad edilməsini tələb ediblər. Etirazçlılar “Azadlıq”, “Fail, biz səninləyik” şüarları səsləndiriblər.

Polis məhkəməyə gedən yolu bağlayıb və avtomobilləri buraxmayıb. Məhz bundan sonra etirazçılarla polis arasında toqquşmalar başlayıb.

Aksiya iştirakçılarından birinin verdiyi məlumata görə, polis gözyaşardıcı qazdan və səs qumbaralarından istifadə edib.

“Başinform” agentliyi saxlanılanların olduğunu yazıb.

Qeyd edək ki, Başqırdıstanın Baymak Rayon Məhkəməsi yerli fəal Fail Alçinovu milli mənsubiyyətə görə nifrət salmaqda təqsirli bilərək, 4 il müddətinə azadlıqdan məhrum edib. Rusiya mətbuatının məlumatına görə, Alçinov qafqazlılar, Orta Asiya sakinləri və ermənilər barəsində mənfi fikirlər səsləndirməkdə ittiham olunur.

Həmçinin yoxlayın

Molla rejimi nüvə və raket sənayesinin mühafizə olunacağını bildirib

GADTB: Molla rejimi Müctəba Xamenei adından bəyanat yayaraq, bildirib ki, İranın nüvə və raket sənayesi …

ABŞ İranın xaricdəki resurslarını bloklayacağını deyir

GADTB: ABŞ maliyyə naziri Skot Bessant “Fox News” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ prezidenti …