Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimi azərbaycanlı xanım fəalı həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Muğan bölgəsindən olan və Tehranda yaşayan azərbaycanlı müəllim, ictimai fəal və keçmiş siyasi məhbus Zeynəb Həmrəng yenidən həbs cəzasına məhkum edib.

Zeynəb Həmrəngin Tehran İnqilab Məhkəməsi tərəfindən 5 il həbsə məhkum edildiyi bildirilir.

Zeynəb Həmrəng “ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” ittihamı irəli sürülüb.

Qeyd edək ki, müəllimlərin həmkarlar təşkilatının fəal üzvlərdən biri olan Zeynəb Həmrəng təhsil işçilərinin hüquqlarının qorunması tələbi ilə etiraz aksiyalarına qatıldığı üçün bundan əvvəl də saxlanılıb.

Həmrəng 2020-ci il sentyabrın 5-də Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində səfəri zamanı təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Güneyli müəllim “ölkənin təhlükəsizliyinə qarşı aksiya toplaşmaq və əlbir olmaq” ittihamına görə 5 il, “hökumətə qarşı təbliğat” ittihamına görə isə 1 il həbs cəzasına məhkum olunub.

Azərbaycanlı xanım fəal 2022-ci il oktyabrın sonlarında şərti azadlığa buraxılıb.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …