Molla rejimi bu səhər daha bir etirazçını edam etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi daha bir dinc etiraz aksiyasında iştirak edən gənci asıb.

Məşhəd şəhərində Məcidrza Rəhnəvərd ictimaiyyətin gözü önündə dar ağacından asılıb.

Bu barədə İranın Xorasan-e Rəzəvi əyalətinin ədliyyə idarəsinin rəisiı Qulaməli Sadeqi bildirib.

Onun sözlərinə görə, edam hökmü “Əmin-amanlığın, təhlükəsizliyin bərpa olunması uğrunda qiyamçılara və qanunu pozanlara qarşı mübarizə” çərçivəsində icra olunub.

Bildirilib ki, İran İnqilab Məhkəməsinin Məşhəddəki idarəsi Məcidrza Rəhnəvərd barəsində 23 gün öncə ölüm hökmü çıxarıb. Hökm dekabrın 12-də səhər saatlarında icra olunub.

Qeyd edək ki, bu, barəsində ölüm hökmü çıxarılan ikinci edamdır. Bundan öncə Möhsün Şekarini dar ağacından asılmışdı.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …