Cümə axşamı , Sentyabr 10 2026
azfa

Molla rejimi “Dolunay” adına doğum haqqında şəhadətnamə verməyə məcbur oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi”Dolunay” adına doğum haqqında şəhadətnamə verməyə məcbur olub.

azərbaycanlı valideynlərin çoxsaylı müraciəti, mübarizəsi və məhkəmə prosesindən sonra Ərdəbildə rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi Ərdəbildən olan azərbaycanlı körpəyə “Dolunay” adına doğum haqqında şəhadətnamə verməyə məcbur olub.

Dolunayın atası, mədəni fəal və yazıçı Səid Sadiqifər bununla bağlı özünün sosial media hesabında məlumat paylaşıb.

O, Xəlil Rza Ulutürkün “əslində ən böyük həyat azadlıq uğrunda mübarizə aparmaqdır” şeirini paylaşaraq, qızına “Dolunay” adına doğum haqqında şəhadətnamə ala bildiyi üçün məmnunluğunu bildirib.

Azərbaycanlı fəala bir müddət əvvəl Ərdəbildə rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi “Dolunay” adının İran adları siyahısında olmadığı üçün bu ada doğum haqqında şəhadətnamə verilməsinin mümkün olmadığını bildirmişdi.

Qeyd edək ki, irqçi fars-molla rejimi azərbaycanlı valideynlərə öz övladların öz dillərində ad qoymağa mane olmaqla və öz dillərində təhsili qadağan etməklə, onları bir millət kimi məhv etməyə çalışır.

Həmçinin yoxlayın

Azərbaycanın Traxtur komandası İran birincisi, Asiyanın beşinci, dünyanın 191-ci komandasıdır

GADTB: Güney Azərbaycanın “Traktur” futbol klubu “Football Database”in son klub reytinqində İran üzrə birinci, Asiyada …

ABŞ molla rejimi ən dərin yeraltı nüvə obyektinə zərbə planı hazırlayır

GADTB: ABŞ ordusunun İranda yerləşən dərin yeraltı Pikaks dağı obyektinə mümkün zərbəni simulyasiya etmək üçün …