Cümə , Noyabr 20 2026
azfa

Türkiyə ilin əvvəlindən etibarən 2067 terrorçu zərərsizləşdirib

GADTB: Türkiyenin milli müdafiə naziri Yaşar Gülər ilin əvvəlindən etibarən  2 min 67 terrorçunun zərərsizləşdirildiyini bildirib.

Bu barədə Yaşar Gülər Türkiye Böyük Millət Məclisində etdiyi çıxışında bildirib.

Nazir Yaşar Gülər ​​terrora qarşı daha effektiv mübarizə aparmaq, sərhəd təhlükəsizliyini təmin etmək və qaçaqmalçılığın qarşısını almaq məqsədilə sərhədlərin intensiv və mərhələli təhlükəsizlik sistemi ilə mühafizə edildiyini, sərhəd qoşunlarının imkanlarının daim təkmilləşdirildiyini vurğulayıb.

Yaşar Gülər Türkiyenin terrorla  ”əhatəli yanaşma” və ”terroru mənbəyində məhv etmə” strategiyası ilə mübarizə apardığını və bu sayədə ölkə daxilində və sərhəddən kənarda terrorçulara ağır zərbələr endirdiyini vurğulayıb.

Gülər ​​həmçinin Suriya və İraqdakı bütün əməliyyatların BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququna uyğun olaraq, qonşu ölkələrin suveren hüquqlarına və ərazi bütövlüyünə hörmət çərçivəsində aparıldığını qeyd edib.

Türkiyenin Qəzzaya göndərdiyi yardıma toxunan Yaşar Gülər deyib: “Hərbi Hava Qüvvələrimizə aid 12 təyyarə ilə bölgəyə 225 tondan çox tibbi ləvazimat və humanitar yardım materialı çatdırıldı”.

Həmçinin yoxlayın

İraq hökuməti Cərf əs-Səxrin təhlükəsizlik nəzarətini İrana bağlı terrorçu Kətaib Hizbullah qruplaşmasından alır

GADTB: İraq hökuməti Babil vilayətinin Cərf əs-Səxr bölgəsində təhlükəsizlik strukturunun yenidən təşkili çərçivəsində yeni təhlükəsizlik …

ABŞ və üç Avropa ölkəsi MAQATE müfəttişlərinin İranın nüvə obyektlərinə qayıtmasını tələb edib

GADTB: ABŞ, Böyük Britaniya, Fransa və Almaniya MAQATE-nin Rəhbərlər Şurasının iclasında yaydıqları birgə bəyanatda İran …