Çərşənbə axşamı , Aprel 16 2024
azfa

Molla rejimi ermənilərə Azərbaycanın işğal olunmuş ərazisinə tikdiyi 5 körpüdən yardım edir

GADTB-nin Mətbuat Mərkəzinin Ovqat.com-a istinadən yaydığı məlumata görə, irqç fars-molla rejimi işğalçı ermənilərə Azərbaycanın işğal olunmuş ərazilərinə tikdiyi 5 körpüdən yardım edir.

Xatırlayırsınızsa, bu yaxınlarda Xankəndinə İran yük maşınlarının yanacaq daşımasını əks etdirən video paylaşmışdıq. Xankəndinin bir erməni sakininin çəkərək sosial şəbəkələrdə paylaşdığı videonu ictimailəşdirməyimiz gözləmədiyimiz əks-səda doğurdu.

 Əvvəl parlament partiyası olan BAXCP-nin sərt reaksiya verdiyi bu video daha sonar XİN-nin də diqqətini cəlb etdi. Nazir müavini Xələf Xələfov İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə, sonra isə iranlı həmkarı Seyid Abbas Əraqçi ilə telefonla danışıb məsələyə aydınlıq gətirmələrini istədi. İran tərəfi bu məlumatı yalanladı və Qarabağla hər hansı nəqliyyat əlaqəsinin olmadığını vurğuladı.

Ovqat.com-un e-mail ünvanına göndərilən bir məktub isə bu iddiaları tamamilə alt-üst edir.

Məktubda yazılır: “Salam hörmətli redaksiya. Son günlər İranın Qarabağa yardım göndərməsi ilə bağlı yayılan video fakt haqqında çox danışıldı və İranın Azərbaycandakı səfirinin «cavabı»nın da nə olduğunu gördük. Guya, İranın Qarabağla heç bir əlaqəsi və nəqliyyat yolu yoxdur. Ancaq İranın erməni işğalı altında olan Qarabağla, daha dəqiqi Cəbrayıl rayonu ilə körpü yolları möcuddur.

Bunula bağlı Azərbaycan XİN-ə də elektron məktub və körpülərin elektron ünvanlarını göndərmişəm. Hələ ki, bir cavab yoxdur. Ümid edirəm, yaxın günlərdə hər hansı bir cavab olar (?).

Sizdən xahişim körpü məsələsini işıqlandırmağınızdır. Bəlkə hansısa nəticəyə çata bildik. Cənab səfirin buna nə cavab verəcəyi də çox maraqlıdır. Həmin 5 körpünün həm şəkillərini, həm də elektron ünvanlarını aşağıda göstərirəm. Sizlərə öncədən təşəkkür və işlərinizdə uğurlar”.

Ovqat.com xəbər verir ki, Ceyhun Tağıyev adlı məktub müəllifinin  göndərdiyi həmin fotolar körpülərin havadan çəkilmiş görüntülərini əks etdirir. Fotolarda körpü üzərindən hərəkət edən nəqliyyat vasitələri də aydın görünür. İranın Qarabağa göndərdiyi yanacaq olan yüklü maşınların Araz çayının üzərində inşa etdiyi bu körpülər üzərindən keçdiyi ehtimal olunur.

Qeyd edək ki, İranla Azərbaycan arasında 4 keçid məntəqəsi var. Bunlardan 2-si Naxçıvanla, digər ikisi isə Azərbaycanın digər bölgələri ilə İranı bir-birinə bağlayır. Maraqlıdır ki, İranın “heç bir əlaqəmiz yoxdur” dediyi Qarabağla 5 körpüsü var. Yəni Azərbaycanın özündən daha çox. Üstəlik, bunlar yalnız Cəbrayıl rayonunda olanlardır. İşğal olunmuş digər rayonlarda da bənzər körpülərin olub-olmadığı isə hələ ki bilinmir.

Müəllif həmçinin İranla Qarabağ arasında tikilən həmin 5 körpünün “Google Map” linkini də göndərib.

Linkləri təqdim edir və İran tərəfinin bu görüntülərə aydınlıq gətirəcəyinə inanırıq.

  1. https://www.google.ru/maps/@39.1594472,46.93541,1793m/data=!3m1!1e3
  2. https://www.google.ru/maps/@39.1506526,46.9401045,448m/data=!3m1!1e3
  3. https://www.google.ru/maps/@39.1406793,46.9541935,448m/data=!3m1!1e3
  4. https://www.google.ru/maps/@39.1779143,47.0345224,448m/data=!3m1!1e3
  5. https://www.google.ru/maps/@39.1844261,47.0400483,448m/data=!3m1!1e3

Həmçinin yoxlayın

On yeddi yaşlı yeniyetmə Vahid Əsğərinin qeyri-müəyyən vəziyyətdə həbsi davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Səhənd şəhərində yaşayan 17 yaşlı məktəbli Vahid Əsğəri …

Qadınlar molla rejimin hicab zorakılığına qarşı dirənməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, molla rejimi yenidən qadınlara məcburi hicaba görə vəhşilik …

Bir cavab yazın