Şənbə , Sentyabr 19 2026
azfa

Molla rejimi Ermənistanda ABŞ qüvvələrinin yerləşməsinə göz yumur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Zəngəzur dəhlizini NATO dəhlizi adlandırıb ona qarşı çıxan molla rejimi Ermənistanda ABŞ qüvvələrinin yerləşməsinə göz yumur.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün həftəlik mətbuat konfransında İran və Ermənistan arasında münasibətlərə toxunaraq deyib:

“İki ölkə arasında dostluq və hərtərəfli, yaxın münasibətləri inkişaf etdirmək üçün birgə istək var. Hər iki tərəf bölgədə sabitliyin və təhlükəsizliyin, eləcə də sərhədlərdə təhlükəsizliyin qorunmasının zəruriliyini vurğulayır;

– Biz ölkələrin bir-biri ilə ikitərəfli münasibətlərini şərh və müdaxilə etmirik, ancaq vurğuladığımız odur ki, ABŞ-nin bölgədə varlığına və hərbi mövcudluğuna mənfi yanaşırıq”.

Həmçinin yoxlayın

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

GADTB: XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib. Açılış …

ABŞ-ın İsraildəki səfiri: İranda növbəti üsyanın şahidi olacağıq

GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” …