Molla rejimi etirazlar zamanı qadınların üz, sinə və cinsiyyət orqanlarına atəş açır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “The Guardian” molla rejimin etirazlar zamanı qadınların üz, sinə və cinsiyyət orqanlarına atəş açdığını yazıb.

“Xəstəxanımıza 20 yaşlı qız gətirilmişdir. Onun cinsi orqanına iki güllə vurulmuşdur. Daha 10 qırma isə bud hissəsində ilişib qalmışdır. Onları asanlıqla çıxartdıq, lakin bu iki güllə problem idi, çünki onlar bədənin həmin nahiyəsində ilişib qalmışdır. Qızın həyatını xilas edə bilmədik, o yarasına düşmüş infeksiyadan öldü”, – bir həkim The Guardian-a bildirib.

Məlum olub ki, etiraz zamanı molla rejiminin 10-a yaxın “təhlükəsizlik” agenti qızı mühasirəyə alaraq onun cinsiyyət orqanına və bud nahiyəsinə atəş açmağa başlayıblar.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …