Cümə , Dekabr 27 2024
azfa

Molla rejimi etirazlarda həbs etdiyi azərbaycanlı idmançıya ağır həbs cəzası verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Tehrandakı İnqilab Məhkəməsi etirazlarda yaxaladığı azərbaycanlı idmançı Səhənd Nurməhəmmədzadəni 6 il həbs, 10 il sürgün və 74 şallaq cəzasına məhkum edib.

Azərbaycanlı idmançının atası Cəfər Nurməhəmmədzadə bununla bağlı məlumat yayıb.

Etiraz aksiyalarında zibil qutularını yandıraraq yolu bağlamaqda və ictimai nəqliyyatın fəaliyyətinə mane olmaqda günahlandırılan 26 yaşlı Səhənd Nurməhəmmədzadə “müharibə” ittihamı ilə edama məhkum edilmişdi.

Azərbaycanlı idmançı barəsində çıxarılan qərardan şikayət etdikdən sonra ölüm hökmü azadlıqdan məhrumetmə cəzası ilə dəyişdirilib.

Həmçinin yoxlayın

Salmas düzündə torpaq çökməsi təhlükəli həddə çatıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan Regional Su Təsərrüfatı İdarəsinin yeraltı su …

Təyyarı qəzasının araşdırılması üçün Türkiyə mütəxəssisləri cəlb edildi

GADTB: AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra aparılan araşdırmalara Türkiyə ekspertləri də cəlb olunub. Azərbaycan araşdırmaların …