Molla rejimi etirazları himayə edən müəllimləri işdən çıxarıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Tehran İncəsənət Universitetinin 6 müəllimini etirazçıları dəstəklədikləri və tələbələrin həbsinə etiraz etdikləri üçün işdən qovulub.

Bu barədə İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurası məlumat yayıb.

Müəllimlərin universitetdən qovulduqları barədə xəbərdən sonra adıçəkilən universitetin bir qrup müəllimi bəyanat yayaraq hakimiyyətin bu hərəkətini pisləyib və dərsləri dayandırıb.

Qeyd edək ki, bundan bir müddət öncə isə eyni səbəblərə görə İranın Azad Universitetinin 9 müəllimi də işdən çıxarılmışdı.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …