Molla rejimi həbs etdiyi azərbaycanlı milli fəal İbrahim Əhmədpuru Təbrizdə zindana köçürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin həbs etdiyi Təbrizdən olan azərbaycanlı milli-mədəni fəal İbrahim Əhmədpuru dindirdikdən sonra fevralın 28-də təcridxanadan Təbrizdəki zindana köçürüb.

Azərbaycanlı fəalın müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılması üçün 800 milyon tümənlik girov təyin edilib.

Qeyd edək ki, Təbriz Universitetinin siyasi elmlər ixtisasının öyrəncisi olan İbrahim Əhmədpur fevralın 27-də Şərqi Azərbaycanda Polis İdarəsinə çağrıldıqdan sonra həbs edilmişdi. Azrbaycanlı fəal Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin üzvüdüb və Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan sonra təzyiqlərlə qarşılaşıb.

Azərbaycanlı fəal həmçinin 2019-cu ildə yanacağın qiymətinə qarşı başlayan etirazlar zamanı universitetin inzibatı komitəsinə çağrılaraq bir il təhsildən uzaqlaşdırılmışdı. Lakin bir müddət sonra həmin qərar ləğv edilmişdi.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …