Cümə , Oktyabr 16 2026
azfa

Molla rejimi həbsetdiyi azərbaycanlı fəalın müvəqqəti həbs müddəti uzadıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin Təbrizdə yaxaladığı azərbaycanlı fəal və Azərbaycan rəqsi müəllimi Peyman İbrahiminin həbs müddəti uzadılıb.

Azərbaycanlı milli fəalın ailə üzvləri onun həbs müddətinin 13 oktyabr tarixinə kimi uzadıldığını bildiriblər.

Onlar qeyd ediblər ki, bir aydır Təbrizdə rejimin təcridxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan sənətçinin girov qarşılığında sərbəst buraxılmasına icazə verilmir.

Qeyd edək ki, irqçi fars-molla rejimin məmurları Peyman İbrahimi Dinvəri avqustun 26-da Təbrizdə həbs ediblər. Azərbaycanlı fəal saxlanılan zaman vəhşicəsinə  döyüldüyü üçün bədən xəsarətləri alıb.

 Urmiya gölünün qurudulmasına qarşı etiraz aksiyaları dövrü yaxalanan fəalın hələlik nədə ittihamı barədə açıqlama vermirlər.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …