Cümə , Dekabr 27 2024
azfa

Molla rejimi Hədis Nəcəfinin bacısı Şirin Nəcəfini 25 il həbs cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Hədis Nəcəfinin bacısı Şirin Nəcəfi 25 il həbs cəzasına məhkum edilib. O, Hədisin ölüm səbəbini araşdırmaq və cinayətkarları cəzalandırmağı tələb etdiyi üçün molla rejimi tərəfindən saxlanılıb.

Qeyd edək ki, 22 yaşlı Hədis Nəcəfi sentyabrın 23-də Kərəc şəhərində hökumət məmurlarının birbaşa atəşi nəticəsində şəhid olub. Molla rejiminin cəlladları onun qarnından, boynundan və ürəyindən 3 atəş açıblar. Hədisin bədənində və üzündə ov tüfəngi güllələrinin izləri var idi.

Həmçinin yoxlayın

Salmas düzündə torpaq çökməsi təhlükəli həddə çatıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan Regional Su Təsərrüfatı İdarəsinin yeraltı su …

Təyyarı qəzasının araşdırılması üçün Türkiyə mütəxəssisləri cəlb edildi

GADTB: AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra aparılan araşdırmalara Türkiyə ekspertləri də cəlb olunub. Azərbaycan araşdırmaların …