Molla rejimi Kərəcdə Hədis Nəcəfinin 40 mərasimində azərbaycanlı gənci qətlə yetirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin məmurları noyabrın 4-də Kərəc şəhərində azərbaycanlı şair xanım Hədis Nəcəfinin 40 mərasimində daha bir azərbaycanlı gənci güllələnərək öldürülüb.

Kərəc şəhərinin Gövhərdəşt bölgəsində keçirilən mərasim zamanı Güney Azərbaycanın Qoşaçay şəhərindən olan Mehran Şikari molla rejiminin məmurlarının açdığı atəş nəticəsində həyatını itirib.

Molla rejimi Mehran Şikarinin Qoşaçay şəhərinin Tağıabad məhəlləsində yaşayan ailəsinə onun yas mərasiminin keçirilməməsi üçün təzyiq göstəriblər.

İrqçi fars-molla rejimi dəfn və yas mərasimin etirazlara çevrilməsindən qorxaraq övladlarını qətlə yetirdikləri ailəyə təzyiq göstərirlər.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …