Çərşənbə , İyul 29 2026
azfa

Molla rejimi Müəllimlər Birliyinin sözçüsünü həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aprelin 5-də molla rejimin məmurları Müəllimlər Birliyinin sözçüsü, ictimai fəal və müəllim Məhəmməd Həbibi döyülərək həbs ediblər.

Bu haqda onun xanımı Xədicə Pakzəmir məlumat yayıb.

Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri məktəbə hücum edərək Məhəmməd Həbibini qandallayıb və Tehranın Evin zindanına aparıblar.

Qeyd edək ki, son aylar müəllimlər və təhsil işçilərinin etiraz aksiyalarının genişlənməsi ilə eyni vaxtda İran hökumətinin təzyiqləri də artıb.

Təhlükəsizlik orqanları etirazların qarşısını almaq və müəllimləri susdurmaq üçün çox sayda insana qondarma ittihamlar irəli sürərək onları basqı altında saxlamağa çalışır.

Həmçinin yoxlayın

Siyamək Mirzayinin həbs müddəti uzadılıb; girov qarşılığında azadlığa buraxılacağı ilə bağlı vəd yerinə yetirilməyib

GADTB: Siyamək Mirzayinin ailəsinə yaxın mənbələrdən daxil olan məlumata görə, azərbaycanlı fəal barəsində bir aylıq …

SEPAH xüsusi təyinatlı qüvvələri İranın qərb sərhədlərinə göndərib

GADTB: SEPAH-a bağlı media hesabı X sosial şəbəkəsində yayımladığı məlumatda bildirib ki, İraq ərazisindən silahlı …