Bazar , Noyabr 22 2026
azfa

Molla rejimi mühasirədən yayınmağa yol axtarır

GADTB: İran parlamentinin Sənaye və Mədənlər Komissiyasının sözçüsü Zəhra Səidi Mübarəkə İranın dəniz, hava və bəzi quru sərhədləri istiqamətlərində mühasirə ilə üzləşdiyini bildirərək, İslam Respublikasının “ixrac və idxalı qoruyub saxlamaq və inkişaf etdirmək” üçün dəmir yolu marşrutlarından istifadə etməli olduğunu bəyan edib.

Səidi Mübarəkə cümə axşamı, 7 aban tarixində parlamentin “Xane-ye Mellət” media orqanına müsahibəsində ölkənin hazırda “tammiqyaslı iqtisadi müharibə” ilə üzləşdiyini deyib.

O, neft ixracına tətbiq edilən məhdudiyyətlərə toxunaraq, qeyri-neft ixracının artırılmasına diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Parlamentin Sənaye və Mədənlər Komissiyasının sözçüsü əlavə edib: “Mövcud şəraitdə ixrac və idxalı inkişaf etdirmək üçün dəmir yolu dəhlizlərindən istifadə etməyə çalışmalıyıq. Bu, Çin, Əfqanıstan və Avrasiya istiqamətində ticarət aparmağa imkan verir”.

Həmçinin yoxlayın

Zənganda mərhum ustad Müslüm Əsgərinin xatirəsinə “Aşıqlar axşamı” mərasimi keçirilib

GADTB: 30 aban 1405-ci il, şənbə günü Zəngan şəhərindəki Mədəniyyət Mərkəzinin Yadegar salonunda “Aşıqlar axşamı” …

Müharibədən sonra Urmiya gölünün suyunun həcmi artıb

GADTB: Qərbi Azərbaycan əyalətinin valisi Rza Rəhmani bildirib ki, Urmiya gölündəki suyun həcmi ötən illə …