Cümə axşamı , Oktyabr 29 2026
azfa

Vasitəçilər ABŞ və İran arasında görüş keçirilməsini təklif ediblər

GADTB: İranla ABŞ arasında münaqişənin həlli üzrə dolayı danışıqlarda iştirak edən vasitəçilər tərəflərə noyabrın 4-dək Türkiyədə görüş keçirməyi təklif ediblər.

Bu barədə “Əl Hədəs” telekanalı məlumat yayıb.

Bildirilib ki, vasitəçilərlə İran arasında görüşün Türkiyədə keçirilməsi ilə bağlı məsləhətləşmələr aparılır.

Tehran üçün təklif olunan təşəbbüs Hörmüz boğazının açılmasını və ABŞ-ın blokadasının aradan qaldırılmasını nəzərdə tutur.

Bundan əlavə, təklifə İranın nüvə proqramı məsələsi də daxil edilib. Yeni təşəbbüsün şərtlərindən biri kimi beynəlxalq müfəttişlərin İranın nüvə obyektlərinə buraxılması irəli sürülüb.

Həmçinin yoxlayın

Molla rejimi mühasirədən yayınmağa yol axtarır

GADTB: İran parlamentinin Sənaye və Mədənlər Komissiyasının sözçüsü Zəhra Səidi Mübarəkə İranın dəniz, hava və …

Mərənddə yeraltı su səviyyəsi 22 metr aşağı düşüb, Şəbüstərin su ehtiyatları kəskin azalıb

GADTB: Şərqi Azərbaycan Regional Su Şirkətinin su ehtiyatları üzrə əsas tədqiqatlar bölməsinin rəhbəri vilayətdə yeraltı …