Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Molla rejimi nüvə məsələsində mövqeyindən geri çəkilmədiyini bildirir

GADTB: İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, son hadisələrə və beynəlxalq təzyiqlərə baxmayaraq, Tehran nüvə məsələsi ilə bağlı mövqeyini dəyişməyib.

Bəqai mətbuat konfransında deyib: “Biz prinsipial mövqelərimizdən qətiyyən geri çəkilməmişik, çünki bu mövqelər İranın milli maraqlarına uyğundur”.

Bəqai, həmçinin İran İslam Respublikasının ABŞ-la nüvə danışıqlarına başlamadığını vurğulayıb.

Bu açıqlama Vaşinqtonla Tehran arasında İranın nüvə proqramının gələcəyi ilə bağlı fikir ayrılıqlarının davam etdiyi bir vaxtda səsləndirilib.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …