
GADTB: İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin “Kanal 14” televiziya kanalına müsahibəsində İran İslam Respublikası rejiminin nüvə bombasına sahib olmasının İsrail üçün həyati təhlükə yaratdığını vurğulayıb. O bildirib ki, bu gün Mossad, İsrail ordusu və hərbi kəşfiyyat təşkilatına verdiyi tapşırıq İran İslam Respublikası rejimini devirməkdir.
Netanyahu, həmçinin ABŞ Prezidenti Donald Trampla arasında “unikal və tarixi” münasibətlərin formalaşdığını deyib.
Benyamin Netanyahu bildirib: “Mənimlə Tramp arasında unikal və tarixi münasibət formalaşıb.
Əvvəlcə biz təkbaşına hərəkətə keçdik. Mən Şir kimi yüksəliş əməliyyatına təkbaşına başladım, çünki İsrail dövlətinə qarşı nüvə bombalarından qaynaqlanan həyati təhlükəni aradan qaldırmalıyıq.
Bu məsələ bizim mövcudluğumuzla bağlıdır. Çünki bu rejim nüvə bombalarına sahib olarsa, artıq mövcud olmayacağıq; həmin rejim bizi məhv edəcək.
Əgər bu rejimi devirməsək — bu, bu gün Mossad, İsrail ordusu və hərbi kəşfiyyat təşkilatına verdiyim tapşırıqdır — onda bu rejimi devirməliyik”.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi