GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi qaşqay fəalı Hamid Qaşqaini Şirazda zindandan 100 nömrəli təcridxanaya köçürüb.
Bundan öncə bu türk fəal ailəsi ilə qısa telefon əlaqəsi zamanı özünün Şirazda Adilabad zindanına köçürüldüyü barədə məlumat vermişdi.
Qaşqay türklərinin yaşadığı Firuzabad şəhərindən olan mədəni fəal Hamid Qaşqainin nədə ittiham olunduğu barədə heç bir məlumat verilmir.
Qeyd edək ki, Hamid Qaşqai noyabrın 10-da Şiraz şəhərində rejimin məmurları tərəfindən həbs edilib. O, İran və beynəlxalq səviyyədə tanınan alpinist və qayayadırmanma üzrə məşqçilərdən biridir.