Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Molla rejimi Qoşaçayda Milli Hərəkatın iki fəalını həbs edib

GADTB: Cənubi Azərbaycan Milli Hərəkatının iki türk fəalı Arəş Kəhbur və Cəlal Küdrilu, molla rejimin qüvvələri tərəfindən Qüşaçay (Miyandab) şəhərində azərbaycanlı fəalların həbs dalğası çərçivəsində saxlanılıblar.

Məlumata görə, Arəş Kəhbur şənbə axşamı təhlükəsizlik əməkdaşları tərəfindən həbs edilib. Bundan sonra təhlükəsizlik qüvvələri onun ata evinə və şəxsi mənzilinə basqın edərək axtarış aparıb, kompüterini və mobil telefonunu müsadirə ediblər. Qeyd olunur ki, bu fəal daha əvvəl də dəfələrlə təhlükəsizlik qurumları tərəfindən çağırılıb və dindirilib.

Həmçinin 1404-cü il bəhmən ayının 26-sı səhər saatlarında tanınmış Milli Hərəkat fəalı və təqaüdçü müəllim Cəlal Küdrilu təhlükəsizlik qüvvələrinin onun şəxsi evinə basqını zamanı həbs edilərək naməlum yerə aparılıb. Bu xəbərin hazırlandığı vaxta qədər onun saxlanıldığı yer və vəziyyəti barədə heç bir məlumat yoxdur.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …