Bazar ertəsi , May 11 2026
azfa

Molla rejimi Təbrizdə 7 nəfər azərbaycanlı fəala qarşı ağır ittiham irəli sürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi 7 nəfər azərbaycanlı fəala qarşı ağır ittihamlar irəli sürüb.

Azərbaycanlı fəallar Pejman İslami, Tohid Dərvişi və daha 5 nəfər azərbaycanlı fəal etiraz aksiyasında yaxalandıqları üçün onların həyatı təhlükədədir.

Rejimin həmin fəallarla yanaşı 35 yaşlı azərbaycanlı fəal Tohid Dərvişi qarşı “müharibə” ittihamı irəli sürüb.

Təbriz şəhərində yaşayan həmin azərbaycanlı fəal 20 sentyabrda təhlükəsizlik məmurları trəfindən yaxalanmışdı. İnsan haqları müdafiəçiləri “müharibə” hökmünün ağır və edamla nəticələnə biləcək cəza olduğunu bildirir.

Həmçinin yoxlayın

İran mediası molla rejimin ABŞ-a təklifinə verdiyi cavabın təfərrüatlarını təqdim edib

GADTB: Tasnim xəbər agentliyi məsələ ilə tanış olan mənbəyə istinadən xəbər verir ki, İranın əks …

Azərbaycan fəalların həbsi artır: saxlanılanların sayı 370 nəfərə çatıb

GADTB: Güney Azərbaycanda təhlükəsizlik mühitinin daha da sərtləşdiyi bir vaxtda, Azərbaycan vilayətlərində fəalların və vətəndaşların …