Bazar , Sentyabr 20 2026
azfa

Vərziqanda azərbaycanlı fəallar Urmiya gölü etirazlarına çağırış etdilər

GADTB: Güney Azərbaycanın Vərziqan şəhərində azərbaycanlı milli fəallar bəyanat yayaraq avqustun 27-də Urmiya gölünün qurudulmasaına etiraz olaraq mitinq keçirəcəklərini bildiriblər.

Bununla bağlı fəalların yaydığı bəyanatda deyilir: “Azərbaycan xalqı öz milli öhdəliyinə əməl etmək istiqamətində Urmiya gölünün hakimiyyət tərəfindən qəsdən qurudulmasına etiraz bəyanatlarını fars kolonialistlərin tərəfindən sərvətləri qarət olunan Vərziqan şəhərində yayıblar.

Biz bildiririk ki, Vərziqan və Təbriz şəhərlərində Urmiya gölünün qurudulmasına və Vərziqan bölgəsinin qızıl-mis yataqlarının talanmasına keçiriləcək etiraz aksiyasına qoşulacayıq. Fars kolonialistləri Azərbaycanın hüquqlarını dilinə gətirmiş İsmayıl Heydərini həbsə salır. Lakin bilməlisiniz ki, biz İsmayıl Heydərini təmsil edərək onun saxlanılmasına etirazımızı bildirəcəyik.

Siz bu metodlarla Qaradağlı Səttarxanın oğullarını susdura bilməyəcəksiz. Qızıl-mis sərvətlərimizi talayır, örüşlərimizi sianura bələyir və qurudursunuz. Bununla da Vərziqan oğullarını iş tapıb bir tikə çörək dalınca Tehrana və İsfahana getməyə məcbur edirsiz.

Etiraz olaraq, Süngün Mis Zavodunun işçiləri Azərbaycan xalqı ilə birlikdə Təbriz və Vərziqanda 27.08.2023-cü il tarixində keçiriləcək etiraz aksiyasına qoşulacaqlarını bildirir.”

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …