Çərşənbə , Oktyabr 14 2026
azfa

Molla rejimi Təbrizdə dörd azərbaycanlı fəalı mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Hərəkatının fəalları Davud Şiri, Cavad Əhmədzadə, Hüseyn Əmani Nadarlı və Əlirza Səbri dünən Təbrizdə rejimin İnqilab məhkəməsinin ikinci şöbəsində mühakimə edilib və özlərini ittihamları müdafiə ediblər.

Cənab Şiri, Əhmədzadə, Əməni Nadarlı və Səbri məhkəmə iclasının açıq keçirilməsi tələbi ilə ərizə göndərmişdilər və iş üzrə hakimin məhkəmənin açıq keçirilməsinə etiraz etməsinə baxmayaraq, bu fəallar sözügedən şöbəyə gələrək müdafiələrini təqdim ediblər.

Qeyd edək ki. Azərbaycanlı fəallar Davud Şiri, Hüseyn Əmani, Cavad Əhmədzadə və Əlirza Səbri 18 may 2023-cü ildə molla rejimin ETTELAAT qüvvələri tərəfindən həbs edilmiş və bir aydan sonra məhkəmə prosesinin sonuna qədər müvəqqəti olaraq zaminə buraxılmışdılar.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …