GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan və müsəlman uyğurlara qarşı Ermənistan və Çin Kommunit Respublikası ilə mütəfiqlik edən İran Təbrizdə Türkiyəyə qarşı aksiya təşkil edir.
Bu gün günortadan sonra Türkiyənin Təbrizdəki konsulluğu qarşısında hökumətin təşkil etdiyi etiraz aksiyası keçiriləcək.
Molla rejimin terror təşkilatı olan Sepah-a yaxın medianın məlumatına görə, aksiyanı rejimin dini mərkəzlərinin tələbələri rejimin göstərişi ilə keçiriləcək.
Dolayı yolla İsrailə neft satan İran təşkil edəcəyi aksiyanın posterlərində “Qəzzanın bombalanması dərhal dayandırılmalı, İsrailə ərzaq və neft ixracı yolları bağlanmalıdır”, – çağırış yazılıb.
Türkiyənin İsrailə qarşı sərt mövqe göstərməsinə baxmayaraq, belə bir aksiyanın planlaşdırılması sosial media istifadəçilərinin tənqidlərinə səbəb olub.
“Görünür, hədəf İsrail yox, Türkiyədir”, – şərhlərdə yazılıb.