Cümə , Oktyabr 16 2026
azfa

Molla rejimi təbrizli xanım jurnalisti məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin

Təbrizdə yerləşən Baş İnqilab və Dövlət Prokurorluğunun birinci istintaq şöbəsi jurnalist və mədəni fəal Fatimə Qulipurun işi üzrə ittiham aktını məhkəməyə göndərərk, jurnalistin mühakimə edilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, təbrizli jurnalist bundan əvvəl əza mərasimində baş verən kütləvi davanı ictimailəşdirdiyinə görə iyulun 9-da polis qüvvələrinin kiberməkana nəzarət bölməsinə çağırılmışdı.

O, bir neçə saat dindirildikdən və barəsində cinayət işi açıldıqdan sonra sərbəst buraxılıb.

Molla rejimi Fatimə Qulipuru “kiber məkanda yalan məlumatlar yaymaq”da günahlandırmışdı.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …