Cümə axşamı , Dekabr 26 2024
azfa

Molla rejimi Türk dili ilə bağlı kitabın nəşrinə icazə vermədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Türk dili ilə bağlı “Məzhər əl-türki” kitabının nəşrinə icazə verməyib.

Türk dilinin qrammatikası ilə bağlı olan “Məzhər əl-türki” kitabının nəşrinə rejimin kitablara nəşr icazəsi verən İslami İrşad Nazirliyi icazə verməyib.

Kitabın tərtibatçısı və nəşrə hazırlayanı, Ərdəbilin Fərhəngiyan Universitetinin elmi heyətinin üzvü İxtiyar Bəxşi bununla bağlı deyib: “Kitabın nəşrə hazırlanması üçün 7 il çalışmışam. Buna baxmayaraq, İranın İslami İrşad Nazirliyi onun çapına icazə vermədi. Xahiş edirəm kitabımın elektron versiyasını mümkün qədər bütün qruplarda yayın”.

Qeyd edək ki, kitabın müəllifi Əbdülrəhim Şirvani Qacar sülaləsi dövründə Ərdəbil şəhərində anadan olub, Şamaxı şəhərində yaşayıb.

Yetkin yaşlarında Şiraz şəhərinə köçən alim orada farslara türk dilini öyrətmək üçün “Məzhər əl-türki” kitabını yazıb.

Azərbaycanlı alim bununla yanaşı, “İranda yaşayan türklərın dili”, “Türküstan, Çin, Maçin, Xəta və Xötəndə yaşayan özbəkiyyə və qalmuq tayfalarının türki cığatayi dili” və “Rumda yaşayan Osmanlı tayfalarının dili” əsərlərinin müəllifidir.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …