Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Molla rejimi türkmən rəp müğənninin xaricə çıxışına qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi türkmən rəp müğənnisi Məhəmməd Yolmanın xaricə çıxışına qadağa qoyub.

Türkmənsəhra İnsan Haqları fəalları-Tuhranın məlumatına görə rejimin polis qüvvələri türkmən müğənni ilə əlaqə saxlayaraq onun xaricə çıxışına qadağa qoyduqlarını bildiriblər.

Qeyd edək ki, türkmən müğənninin son mahnısında məclis seçkilərində fars-molla rejimini və səhv idarəçiliyini tənqid etdiyi üçün çıxışına qadağa qoyulduğu bildirilir.

T ürkmən müğənni Məhəmməd Yolmanın həmin mahnısından sonra Gülüstan vilayətində terrorçu sepahın ciddi təzyiqləri ilə qarşılaşdığı bildirilir.

Tuhra bildirir ki, Günbəd Kavus sakini olan türkmən müğənni pasport almaq üçün müraciət etmişdir. Lakin ona pasport verilməyib.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

Bir cavab yazın