Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Molla rejimi Urmiya gölünün bərpası ilə bağlı yalan məlumat yayır

GADTB: İranın Xəbər Şəbəkəsi Urmiya gölü ilə bağlı xəbər dərc edib və “Urmiya gölünün suyunun səviyyəsinin artırılması” və “Urmiya gölü novruz turistlərini qəbul edir” kimi başlıqlardan istifadə edərək, əhalini aldatmağa çalışır. Molla rejimin yaydığı məlumata görə, guya gölün vəziyyəti yaxşılaşıb və hər şey qaydasındadır.

Halbuki bu yalandan başqa bir şey deyil. Suyun səviyyəsinin artması yalnız mövsümi xarakter daşıyır və peyk görüntülərini müqayisə etməklə bu mövsümdə suyun səviyyəsinin bir və ya ən çoxu iki il əvvəlki səviyyədə olduğunu asanlıqla görmək olar.

Bu o deməkdir ki, yayda gölün yenidən tamamilə quruması ehtimalı var və göl hələ də kritik vəziyyətdədir.

Qeyd edək ki, Körfəzin suyunun Kirman, İsfahan və Məşhədə borularla çəkmək molla rejimi, Urmiya gölünün bərpası ilə bağlı planların heç birini tam başa çatdırmayıb və bütün layihələrin hamısı yarımçıq qalıb.

Həmçinin yoxlayın

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

GADTB: ABŞ-nin İrandakı Virtual Səfirliyi təhlükəsizlik xəbərdarlığı yayaraq İranın və onunla əlaqəli qüvvələrin dünyanın müxtəlif …