Çərşənbə , Oktyabr 14 2026
azfa

Molla rejimi Ehsan Fəridinin işinin yenidən araşdırılması tələbini rədd edib

GADTB: Edam cəzasına məhkum edilmiş 22 yaşlı azərbaycanlı tələbə Ehsan Fəridinin vəkili bildirib ki, müvəkkilinin təkrar məhkəmə araşdırması tələbi Ali Məhkəmə tərəfindən rədd edilib.

Vəkil bildirib ki, buna baxmayaraq, onlar yenidən apelyasiya şikayəti verəcəklər.

Müvəkkilinin təkrar məhkəmə araşdırması tələbinin tez bir zamanda rədd edilməsinə toxunan Mahmud Behzadirad bildirib ki, məhkəmənin onun təkrar məhkəmə araşdırması tələbini tam oxumaması ehtimalı belə var.

22 oktyabr tarixində “Ensaf News”a verdiyi müsahibədə Behzadirad yenidən məhkəmə araşdırması tələbini 14 oktyabrda təqdim etdiyini və 15 oktyabrda tələbin filiala getdiyini və saat 12:50-də rədd edildiyini bildirib.

Vəkil, 1 noyabrda yenidən Ali Məhkəməyə gedəcəyini və bu qərara etiraz edəcəyini və işin 29-cu şöbədən başqa bir şöbəyə keçirilməsini tələb edəcəyini söyləyib.

Həmçinin yoxlayın

Azərbaycanlı şair və həkim Aqşın Ağkəmərli vəfat edib

GADTB: Bu gün səhər saatlarında Azərbyacn Respublikasında yaşayan Güney Azərbaycandan olan folklorşünas, tədqiqatçı və yazıçı …

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …