Cümə , Dekabr 27 2024
azfa

Molla rejimi yaxaladığı azərbaycanlı fəal Meysəm Mübrəhəni zaminə buraxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi yaxaladığı azərbaycanlı fəal Meysəm Mübrəhəni zaminə buraxıb.

Güney Azərbaycanın Məlikan şəhərindən olan azərbaycanlı milli fəal Meysəm Mübrəhən yanvarın 1-də girov qarşılığında rejimin Marağada yerləşən zindanından müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılıb.

Noyabrın 19-da Məlikan şəhərində keçirilən etiraz aksiyasında yaxlanan azərbaycanlı fəal molla rejimi tərəfindən İran bayrağını yandırmaqda ittiham olunub.

Meysəm Mübrəhənin yaxınları bildirir ki, noyabrın 19-da Məlikanda İran bayrağı hökumətə bağlı qüvvələr tərəfindən yandırılıb və bu etirazçıların separatçı olduğu barədə iddiaları əsaslandırmaq üçün həyata keçirilib. Molla rejimi bu ittihamla azərbaycanlı gənci ağır şəkildə cəzalandırmaq istəyir.

Həmçinin yoxlayın

Salmas düzündə torpaq çökməsi təhlükəli həddə çatıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan Regional Su Təsərrüfatı İdarəsinin yeraltı su …

Təyyarı qəzasının araşdırılması üçün Türkiyə mütəxəssisləri cəlb edildi

GADTB: AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra aparılan araşdırmalara Türkiyə ekspertləri də cəlb olunub. Azərbaycan araşdırmaların …