Çərşənbə axşamı , May 26 2026
azfa

Molla rejimi zəlzələ qurbanlarına verdiyi çadırları geri alaraq, elektrik enerjisini kəsib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, jurnalist Maidə Əmini İnstaqram səhifəsində bir vətəndaşa istinadən Xoy şəhərində zəlzələdən zərərçəkənlərin xaotik şəraiti və verilən çadırların elektrik enerjisinin kəsilməsi ilə bağlı video paylaşıb.

Jurnalistin səhifəsində yayımlanan videoda Xoy şəhərinin Kui Səfa bölgəsindən olan bir qadın deyir: 22 bəhmandan sonra aldıqları çadırlar və qızdırıcılar onlardan geri alınıb və onların yerində qeyri-standart çadır alıb qurmağa məcbur ediliblər.”

Zəlzələdən zərər çəkmiş bu vətəndaşın dediyinə görə, bu bölgənin məsul işçiləri işıqlandırma və istilik cihazlarının olmamasına baxmayaraq, ianə verilən çadırların işığını kəsib, zəlzələdən zərərçəkənləri çadırlarını tərk etməyə məcbur ediblər.

Həmçinin dünən İranın daxili işlər naziri Vahidi deyib: Bizim Xoy zəlzələsindən zərər çəkənlərə konteyner evi paylamaq planımız yoxdur.

Həmçinin yoxlayın

Tramp: İranla danışıqlar yaxşı irəliləyir, İran İbrahim Razılaşmalarına qoşulacaq

GADTB: Donald Trump İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib və mümkün razılaşmanın region …

Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə (Səhər) vəfat edib

GADTB: Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə 74 yaşında İsveçin Malmö şəhərində vəfat edib və qürbətdə …