Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimin Azərbaycana qarşı təxribata başlayııb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran ordusu Azərbaycana qarşı hava hücumundan müdafiə sistemlərinin hazır vəziyyətə gətirilməsi barədə əmr verilib.

Bu barədə SEPAH-a yaxın mənbələr məlumat yayıb.

Məlumatda qeyd edilir ki, ölkənin şimal-qərb sərhədlərində (Azərbaycan) baş verən aktivlik səbəbilə HHM sistemləri hazır vəziyyətdədir.

Xəbərə görə, Təbrizdən Parsabada qədər manevr edən Dezful bazasının dəstək uçuşları adi patrul rejimindən əməliyyat rejiminə keçirilib

Həmçinin İranın hərbi təyyarələri Azərbaycan-İran dövlət sərhədi boyunca kəşfiyyat uçuşları həyata keçirir

Bu barədə iranlı qərəzli jurnalist Rza Abbasi “Tvitter” hesabında Azərbaycan və onun Prezidenti haqda hədyan dolu məlumat paylaşıb: “Bakının İrana ilhaq edilməsi Əliyev rejimi tərəfindən hər hansı düşməncəsinə addımın bədəlidir!”

Qeyd edək ki, SEPAH-a yaxın telegram kanalları da bu xüsusda materiallar dərc edir.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …