Çərşənbə , İyun 24 2026
azfa

Molla rejimin ETTELAAT Nazirliyi: 5 nəfər öldürülüb, 19 nəfər “düşmənlə əməkdaşlıq” ittihamı ilə saxlanılıb

GADTB: İrqçi fars-molla rejimin ETTELAAT Nazirliyi 5 ölkə vətəndaşının “separatçı terrorçu” adı ilə öldürüldüyünü, daha 19 nəfərin isə “ABŞ–İsrail düşməni ilə əməkdaşlıq” ittihamı ilə saxlanıldığını açıqlayıb.

Nazirliyin yaydığı bəyanatda bildirilir ki, öldürülən şəxslər bombalı hücum hazırlamaqda ittiham olunublar. Qurumun iddiasına görə, həmin partlayış nəticəsində 1 nəfər həlak olub, 7 nəfər isə yaralanıb.

Bəyanatda həmçinin qeyd olunur ki, silahlı hücumlarda iştirak etmək və ya həssas obyektlər haqqında məlumat toplamaq ittihamı ilə Xuzistan vilayətində 10 nəfər, Ərdəbil vilayətində 3 nəfər, eləcə də ölkənin müxtəlif bölgələrində daha 6 nəfər saxlanılıb.

Həmçinin yoxlayın

Sayın Əjdər bəy Tağızadə Əbülfəz Elçibəyin anım tədbirində çıxış edib-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Tramp: Tehran Hörmüz boğazından keçən gəmilərdən pul alsa, danışıqlar dərhal başa çatacaq

GADTB: ABŞ prezidenti Donald Tramp Truth Social hesabında paylaşdığı açıqlamada bildirib ki, İran İslam Respublikası …