Cümə , Aprel 19 2024
azfa

Molla rejimin ETTELAAT qüvvələri Ələhvazda İŞİD-in törətmədiyi cinayəti törətdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin ETTELAAT qüvvələri Ələhvaz bölgəsində Zamin Kavusi adlı bir ərəb gənci heç bir məhkəmə qərarı olmadan İŞİD-in üsulundan daha vəhşi üsulla işgəncə ilə hamının gözü qarşısında qətlə yetiriblər.

 Molla rejiminin cinayətkar ETTELAAT qüvvələri gənci tutub heç bir məhkəmə qərarı olmadan ayaqlarını iki avtomobilə bağlayıb və əks istiqamətlərə sürməklə gənci ortadan şaqqalayıblar.

Qeyd edək ki, irqçi fars-molla rejiminin zülmünə məruz qalan ərəb gənc qətlə yetirilmədən öncə özünü müdafiə zəminində rejimin ETTELAAT qüvvələri məmurunu çiynindən yaralıyıb.

Videodan göründüyü kimi rejimin cinayətkar ETTELAAT qüvvələridir və onlar müdafiəsiz ərəb gəncini vəhşiliklə İŞİD üsulu ilə öldürdükləri üçün özlərini qalib kimi aparırlar. Halbuki, dünyanın heç bir yerində hətta düşmən ölkənin əsirlərinə qarşı da belə qəddarcasına davranmırlar.

Ərəb gənc öldürüləndən öncə video çəkərək deyir ki, mən kimsəyə hücum etməmişəm, yalnız özümü müdafiə etmişəm. 4 güllə var idi və məmurların birini çiynindən yaraladım. 30 yaşım var və 15 ildir zindanda mənə işgəncə veriblər.

Molla rejiminin təhlükəsizlik qüvvələri İŞİD üsulu ilə günahsız ərəb gənci iki maşına bağlamaqla çəkib şaqqalayıb və qətlə yetirdilər

Publicerat av Ali Huseyn Onsdag 15 april 2020

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın