Şənbə , Aprel 13 2024
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal aclıq aksiyasına başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Tehrandakı Evin zindanında həbsdə saxlanılan Güney Azərbaycan Milli Hərəkatının fəalı Murtaza Pərvin dünən ailəsi ilə qısa telefon danışığında sağlıq durumunun pisləşməsi ilə bağlı ailəsinə məlumat verib.

Azərbaycanlı fəal bildirib ki, qanunsuz həbsdə saxlanılmasına etiraz etmək üçün aclıq aksiyasına başlayır.

Murtaza Pərvin ailəsi ilə telefon danışığında vurğulayıb: “Mənə qarşı əsassız ittihamlar irəli sürürlər. Bilmirəm, niyə məni heç bir münasibətim olmayan insanlarla əlaqələndirməyə çalışırlar? İndiyə qədər sorğu-sual olunmamışam. Sənədlər imzalamağımı istədilər. Ancaq mən hakim qarşısında çıxış edəcəyəm. Qeyri-müəyyən vəziyyətim aydınlaşana qədər və qanunsuz həbsə etiraz olaraq, sabahdan aclıq aksiyasına əl atıram”.

Qeyd edək ki, irqçi fars-molla rejimi Ərdəbildə azərbaycanlı fəal Murtəza Pərvini həbs etməyə cəhd etmişdi. Bu məqsədlə molla rejiminin məmurları oktyabrın 27-də Ərdəbildə heç bir məhkəmə qərarı olmadan azərbaycanlı milli fəal Mürtəza Pərvinin ata evinə hücum edib və axtarış aparmışdılar.

Azərbaycanlı fəal özü evdə olmadığına üçün məmurlar fəala məxsus şəxsi əşyaları, o cümlədən kompüter və onun kitablarını müasdirə edərək, özləri ilə aparıblar.

İrqçi fars-molla rejimin Ərdəbildəki ETTELAAT məmurları ondan neçə gün öncə Ərdəbildə azərbaycanlı milli fəal Murtəza Pərvinə zəng edərək onun ETTELAAT İdarəsinə çağırmışdılar.

Lakin Murtəza Pərvin bunun qanunsuz olduğunu və məhkəmə tərəfindən rəsmi çağırış göndərilmədiyini tələb edərək, ETTELAAT İdarəsinə getməkdən imtina edib.

Azərbaycanlı fəal bundan öncə də dəfələrlə təzyiqlərə məruz qalmışdı. O, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz aksiyasında iştirak etdiyinə görə, Ərdəbilin Ciral parkında yaxalanmışdı.

Həmçinin yoxlayın

İran İsraildən intiqam əvəzinə bir yəhudi milyarderin gəmisini ələ keçirdi

GADTB: İran Hörmüz boğazında Portuqaliya bayrağı altında üzən gəmini ələ keçirməkdə ittiham olunur. Bu barədə …

Şorabil gölündə çirklənmə nəticəsində balıqlar məhv olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, baxımsızlıq nəticəsində Ərdəbilin Şorabil gölünün çirklənmə və ekoloji …